RU

Metroda retro vaqonlar niyə nümayiş etdirilmir?

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir neçə ildir Novruz Bayramı münasibətilə Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında retro vaqonların nümayişi keçirilir.  Bu il nümayişin olmaması Bakı sakinləri və şəhərimizin qonaqları arasında çaşqınlıq yaradıb.

Novruz ərəfəsində retro vaqonların nümayişi olub-olunmayacağı sual doğurur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qatarların nümayişi yaxın günlərdə keçiriləcək:

"Rəsmi tarix barədə sərnişinlərə əlavə məlumat veriləcək".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
75
bakivaxti.az

1Источники