"Azpetrol" şirkətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanılıq və Operativ Sosial Təminat (DOST) Agentliyinin birgə təşkilatçılığı ilə qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar 60 şəhidimizin ailəsi ziyarət olunub.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbinə əbədi yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin rifahının daim diqqət mərkəzində saxlanıldığı, dövlət tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər aparıldığı qeyd edilib.
Belə ziyarətlərin də şəhid qəhrəmanlarımızın ailələrinə ehtiram və minnətdarlığın daha bir ifadəsi olduğu bildirilib.
Ziyarətlər zamanı şəhid ailələrinə bayram sovqatları da təqdim edilib.