RU

Bu ərazidə yataqxanalar söküləcək, sakinlərə 9 mərətəbli binadan evlər veriləcək

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncə şəhərində köhnə yataqxana fondunun yenilənməsi istiqamətində mühüm addımlar atılacaq.

Şəhərdə fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında hazırda 19 yataqxana binası mövcuddur. Bu binalarda ümumilikdə 1623 otaq yerləşir və həmin otaqlarda 4683 nəfər sakin məskunlaşıb. Sözügedən yataqxanaların əksəriyyəti uzun illər istismarda olub və artıq texniki baxımdan köhnəlib.

Mövcud şəraitin müasir standartlara cavab verməməsi səbəbindən sakinlərin daha rahat və təhlükəsiz yaşayışla təmin olunması məqsədilə yeni layihələr həyata keçirilir.

BAKU.WS-in məlumatına görə, şəhərin Kimyaçılar küçəsi ilə Nizami Gəncəvi prospekti kəsişməsində yeni yaşayış kompleksinin tikintisi aparılıb. Layihə çərçivəsində üç ədəd 9 mərtəbəli və bir ədəd 10 mərtəbəli bina inşa olunub.

Yeni tikililərdə ümumilikdə 249 mənzil mövcuddur və onlar müasir infrastruktura uyğun şəkildə layihələndirilib.

Məlumata əsasən, hazırda yataqxanalarda yaşayan sakinlərin mərhələli şəkildə bu yeni mənzillərə köçürülməsi planlaşdırılır. Bu prosesin yaxın vaxtlarda başlanacaq və köçürülmə sosial həssas qruplar nəzərə alınmaqla həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
4
baku.ws

5Источники