RU

İran gərginliyi Ukrayna üzrə danışıqları təxirə salır - Zelenski

Ukrayna, Rusiya və ABŞ arasında aparılan danışıqlar İran ətrafındakı vəziyyətə görə mütəmadi olaraq təxirə salınır.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, İrandakı müharibə Ukraynadakı proseslərə mənfi təsir göstərir və “çox pis hiss” yaradır.

Zelenski qeyd edib ki, ABŞ-nin diqqəti hazırda Ukraynadan daha çox Yaxın Şərqə yönəlib. Bu isə Ukrayna ilə bağlı sülh danışıqlarının davamlı şəkildə gecikməsinə səbəb olur.

Prezident əlavə edib ki, Ukrayna və ABŞ nümayəndələri hər gün əlaqə saxlayır, eyni zamanda amerikalılar Rusiya tərəfi ilə də gündəlik danışıqlar aparır.

Zelenski bildirib ki, ABŞ danışıqları öz ərazisində keçirməyi təklif etsə də, Rusiya bu təşəbbüsdən imtina edib.

“Biz hazırda Amerika tərəfi ilə aktiv işləyirik, tarix və məkan təklif edirik. Ukrayna istənilən variantı dəstəkləyəcək, lakin Rusiyanı qətiyyən dəstəkləməyəcək”, – deyə o vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
75
missiya.az

1Источники