RU

ABŞ İrana 2 tonluq raketlə zərbə endirdi

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

“Epic Fury” əməliyyatı çərçivəsində İran ərazisinə zərbələr endirilib.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi “X” səhifəsində bildirilib.

Məlumata görə, bir neçə saat əvvəl ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında, İranın sahilboyu ərazilərində yerləşən möhkəmləndirilmiş raket obyektlərini 5 min funtluq (2,27 ton) xüsusi sursatlarla vurub.

Qeyd olunub ki, həmin obyektlərdə yerləşən İranın gəmiəleyhinə qanadlı raketləri boğazdan keçən beynəlxalq gəmiçilik üçün təhlükə yaradırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
2
www.bakupost.az

4Источники