RU

Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB

Marja.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-cı ilin ilk 2 ayı ərzində (yanvar-fevral) Azərbaycandan 57 milyon 664 min dollar dəyərində 4 min 570 ton fındıq ixrac edilib. 

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 28 milyon 116 min dollar dəyərində 4 min 45 ton fındıq ixrac edilmişdi. Beləliklə, bu il fındıq ixracı dəyər ifadəsilə 29 milyon 548 min dollar və ya 2 dəfədən çox (105%),həcm ifadəsilə 525 ton və ya 13% artıb.

Bu ilin ilk 2 ayında 1 ton fınıdığın orta ixrac dəyəri 12 min 617 dollar təşkil edib. Ötən ilin eyni dövründə bu məbləğ 6 min 950 dollar idi. Beləliklə, 1 ton fındığın orta ixrac qiyməti bu il 1,8 dəfə daha yüksək olub. 

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan 170 milyon 659 min dollar dəyərində 18 in 973 ton fındıq ixrac edilmişdir. Ötən il 1 ton fındığın orta ixrac dəyəri 8 min 995 dollar təşkil etmişdir.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
1
marja.az

2Источники