RU

“Neftçi”nin yarımmilyona yaxın təklifinə “yox” dedi, Avropaya üz tutdu

“Neftçi”nin futbolçusu Murad Məmmədovun karyerasını Kiprin “Pafos” klubunda davam etdirəcəyini xəbər vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi yarımmüdafiçiyə yeni sözləşmə təklif etsə də, oyunçu bunu qəbul etməyib. “Neftçi” Məmmədova aylıq 15 min manatdan 3 illik müqavilə önərib. 

Ancaq bu təklif gənc oyunçunun ürəyincə olmayıb və o, karyerasını Kiprdə davam etdirmək qərarına gəlib.

Xatırladaq ki, U-21 millimizin üzvünün “ağ-qaralar”la müqaviləsi yayda başa çatır. O, yeni klubuna azad agent kimi transfer olunur.

Избранный
36
idmanxeber.az

1Источники