RU

Bakıda “Prius” sərnişin avtobusuna çırpılıb – ANBAAN VİDEO

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

Hadisə “Toyota Prius” markalı minik avtomobili ilə 184 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.

184 nömrəli xətt avtobuslarının sahibi olan “General Auto Company” MMC-nin hüquqşünası Asif Rüstəmov açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, qəza ötən gün saat 9 radələrində baş verib.

Hüquqşünas bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

“Hadisənin baş verməsində hər iki sürücünün səhvi var. Avtobus iriqabaritli olduğuna görə kənar sol zolaqdan dönmə etmə imkanına malik deyil, lakin buna baxmayaraq, sürücü arxadan gələn nəqliyyat vasitəsini gözləməli idi. Arxadan gələn “Toyota Prius” isə avtobusun dönmə işığına fikir verməyərək yoluna davam etməyə çalışıb. Nəticədə minik avtomobili avtobusun bamperinə çırpılıb. Hadisədən sonra sürücü ofisə dəvət olunub və ondan izahat alınıb”, – deyə A.Rüstəmov qeyd edib.\\oxu.az

Избранный
34
nocomment.az

1Источники