RU

Fuad Muradov İzmir valisi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində İzmir valisi Süleyman Elbanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Türkiyədə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib. Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından danışılıb, İzmirdə yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, cəmiyyətə inteqrasiyası, təhsil və iş imkanları,  həmçinin mədəni əməkdaşlıq və ictimai diplomatiya istiqamətlərində birgə təşəbbüslərin artırılması diqqət mərkəzinə gətirilib. 

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətindən bəhs edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasının, milli-mədəni kimliyinin qorunmasının və yaşadıqları cəmiyyətlərə daha fəal inteqrasiyasının dövlət üçün prioritet olduğunu vurğulayıb, Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların yerli qurumlarla əməkdaşlığının vacibliyini dilə gətirib. Bildirib ki, Azərbaycanla Türkiyə arasında mövcud olan “bir millət, iki dövlət” prinsipi təkcə siyasi münasibətlərdə deyil, həm də diaspor sahəsində əməkdaşlıqda özünü aydın şəkildə göstərir.

Vali öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, İzmirdəki Azərbaycan icması ilə əməkdaşlığın genişləndirilməsinə, təhsil, məşğulluq və bir sıra digər sahələrdəki layihələrə dəstək verməyə hazır olduğunu ifadə edib.

Görüşdə əməkdaşlığın perspektivləri geniş  müzakirə olunub, ortaq mədəni və ictimai tədbirlərin təşkili, diaspor təşkilatları ilə yerli idarəetmə qurumları arasında əlaqələrin gücləndirilməsi, gənclərin və tələbələrin layihələrə cəlb olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əminliklə bildiriblər ki, qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi həm Azərbaycan–Türkiyə dostluğuna, həm də İzmirdəki Azərbaycan icmasının fəaliyyətinin daha da inkişafına töhfə verəcək.

Избранный
47
8
bakivaxti.az

9Источники