RU

Sərhəddə zarafat etməyin: turistlərə ciddi xəbərdarlıq edilir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Səyahət edənlərə hava limanlarında və ya sərhəd-keçid məntəqələrində pasport nəzarətindən keçərkən zarafat etməmək tövsiyə olunur. Çünki bu cür davranış gecikmələrə və əlavə yoxlamalara səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Wolter’s World” layihəsinin müəllifi, səyahət eksperti Mark Valters xəbərdarlıq edib.

Onun sözlərinə görə, ilk baxışdan zərərsiz görünən ifadələr belə sərhəd əməkdaşları tərəfindən potensial risk kimi qəbul edilə bilər. Xüsusilə “ölkədə həmişəlik qalmağı planlaşdırıram” kimi sözlər demək və ya sənədlərin yoxlanılması zamanı zarafat etmək məsləhət görülmür.

Ekspert izah edir ki, sərhəd xidmətinin əməkdaşları təhlükəsizlik vəzifəsi daşıyır və ölkəyə daxil olan hər kəsi diqqətlə yoxlamağa borcludur. Buna görə də onlar yumoru adi insanlar kimi qəbul etmir və şübhəli görünən hər sözə ciddi reaksiya verirlər.

Xüsusilə təhlükəsizliklə bağlı mövzularda — bomba, narkotiklər, insan alveri və ya miqrasiya qaydalarının pozulması barədə zarafatlar etmək risklidir. Hətta zarafat məqsədilə deyilsə belə, bu cür ifadələr əlavə yoxlama və ya sorğu-suala səbəb ola bilər.

Problemlərdən qaçmaq üçün səyahətçilərə suallara qısa və konkret cavab vermək tövsiyə olunur. Məsələn, səfərin məqsədi barədə “istirahət”, “iş” və ya “qohum ziyarəti” kimi aydın cavablar vermək kifayətdir.

Həmçinin sənədləri yoxlanış bitən kimi tələsik yığışdırmaq da məsləhət görülmür, çünki bu, həyəcan əlaməti kimi qiymətləndirilə bilər. Turistlərin əvvəlcədən qalacaqları ünvanı bilməsi, otel bronunu və ya səfər marşrutunu təsdiqləyən sənədləri yanında saxlaması da vacibdir.

Mütəxəssislər vurğulayır ki, bu sadə qaydalara əməl etmək sərhəd nəzarətindən daha sürətli keçməyə və lazımsız problemlərdən yayınmağa kömək edəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
63
icma.az

1Источники