RU

Marketdə söyüşə görə iş yoldaşını öldürən şəxsin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində çalışdığı marketdə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 2005-ci il təvəllüdlü Sənan Şəfiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməyib, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, “Cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi” Sənan Şəfiyevin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınıb. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 12 ildən 10 il 6 aya endirilib.

Qeyd: Hadisə 22 dekabr 2024-cü il tarixdə saat 17:40 radələrində Gəncə şəhərində yerləşən “Daş Körpü” adlanan ərazidəki “Dilqəm market”də baş verib. Belə ki, marketdə satıcı-kassir işləyən Sənanla 1998-ci il təvəllüdlü satıcı Məhəbbət Hüseynov arasında süd məhsullarının yerləşdirilməsinə görə mübahisə olub. Bu zaman Məhəbbət onu ağır söyüşlərlə təhqir edib. Sonra Sənan kolbasa doğramaq üçün istifadə edilən bıçağı götürərək ona hücum edib və qətlə yetirib.

Mərhumun yaxınları bildiriblər ki, hadisə zamanı Məhəbbət Sənanın üstünə dabankeşlə getsə də, qarşı tərəf bıçağa əl atıb.

Избранный
25
2
konkret.az

3Источники