RU

Cəlilabadda abadlıq işləri davam edir

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Cəlilabadda müxtəlif tədbirlər həyata keçirilir. 

Belə tədbirlərdən biri Prezidentin 15 iyul 2024-cü il tarixli sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Sağlam məhəllə" layihəsi çərçivəsində şəhərin Zərifə Əliyeva küçəsində müasir idman zonasının yaradılmasıdır. Burada mini-futbol, basketbol meydançası və müxtəlif idman alətləri quraşdırılacaq. Layihə əhalinin, xüsusilə gənclərin sağlam həyat tərzinə dəstək məqsədi daşıyır və sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Bunadan əlavə, şəhərin Fətulla Niftullayev küçəsində təmir işləri aparılıb. Küçəyə qum-çınqıl materialı tökülərək səthi tam yenilənib, səliqə-sahman yaradılıb. Eyni zamanda Heydər Əliyev prospektində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər aparılır. Prospekt boyunca yeni bordürlər düzülür ki, bu da şəhərin vizual görünüşünü gözəlləşdirir, hərəkət təhlükəsizliyini artırır.

Bütün bu işlər "Şəhərsalma və Memarlıq İli"nin əsas məqsədlərinə - müasir, komfortlu, ekoloji cəhətdən təmiz və gözəl yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Ciddi nəzarət sayəsində layihələr planlı şəkildə və yüksək keyfiyyətlə davam edir. 

S.QUBADOĞLU,

"Azərbaycan"

Избранный
94
azerbaijan-news.az

1Источники