"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Neftçala şəhərinin Bayraq meydanı, Heydər Əliyev prospekti və daha bir neçə küçəsində idarə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təmizlik aksiyası keçirilib.
Aksiya zamanı həmçinin park və Heydər Əliyev prospektinin işıqlandırılması ilə bağlı qəzalı elektrik xətləri, işıq plafonları, elektrik tənzimləyiciləri yenisi ilə əvəz edilib, küçə işıqlandırılması ilə bağlı təmir işləri aparılacaq ərazilərdə monitorinq aparılıb. Şəhər ərazisində təmizlik aksiyasının davamlı olması qərara alınıb. O səbəbdən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində rayonun qəsəbə və kəndlərində də ərazilərin təmizlənməsi, parklarda abadlıq işlərinin aparılması, yol kənarı ərazilərin abadlaşdırılması diqqət mərkəzində saxlanır və təmizlik aksiyalarının il ərzində mütəmadi keçirilməsi ilə bağlı şəhər və digər yaşayış məntəqələrinin bölgüsü təsdiq edilib.
Təmizlik aksiyası könüllü gənclərdən ibarət təşkil edilmiş monitorinq qrupunun müəyyən etdiyi ərazilərdə də keçiriləcək. Şəhərin təmizliyini qorumaq istiqamətində profilaktiki işlərlə yanaşı, aksiyaların da keçirilməsi şəhər ərazisinin abadlığına xidmət edir.
"Azərbaycan"