RU

ABŞ Hörmüz boğazı yaxınlığındakı İran raket obyektlərinə zərbələr endirib

ABŞ Hörmüz boğazı yaxınlığındakı İran raket obyektlərinə zərbələr endirib

ABŞ ordusu İranın Hörmüz boğazı sahillərində yerləşən raket mövqelərinə bir neçə ağırçəkili mərmi ilə zərbələr endirib.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi "X" hesabında məlumat yayıb.

Məlumata görə, bir neçə saat əvvəl həyata keçirilən əməliyyat zamanı hər birinin çəkisi 2,2 ton (5 000 funt) olan və yüksək nüfuzetmə qabiliyyətinə malik xüsusi mərmilərdən istifadə olunub. Zərbələrin İranın sahil zolağındakı möhkəmləndirilmiş raket bazalarını hədəf aldığı bildirilir.

CENTCOM bu addımı Hörmüz boğazından keçən beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək zərurəti ilə əsaslandırıb. Bildirilir ki, sözügedən bölgədə yerləşdirilən İran raketləri ticarət gəmiləri və neft tankerləri üçün birbaşa təhdid yaradırdı. Bu hücum Vaşinqtonun strateji su yollarında naviqasiya azadlığını qorumaq qətiyyətinin göstəricisi kimi qiymətləndirilir.

Избранный
114
50
afn.az

10Источники