RU

Qazaxıstan Prezidenti yeni Konstitusiya haqqında fərman imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın yeni Konstitusiyası və onun tətbiqi tədbirləri haqqında fərman imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə yeni Konstitusiyanın qəbul edilməsinə həsr olunmuş tədbirdən sonra Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

 

“Dövlət başçısı Kasım-Jomart Tokayev Qazaxıstan Respublikasının Konstitusiyasını imzalayıb və 2026-cı il martın 15-də qəbul edilmiş Konstitusiyanın həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman verib”, - məlumatda qeyd edilib.

 

Prezidentin fərmanına əsasən, Qazaxıstanın hazırkı 1995-ci il Konstitusiyasının orijinalı arxivləşdiriləcək, yenisi isə dövlət başçısında saxlanılacaq.


Избранный
36
1
senzor.az

2Источники