RU

Mərakeş millisi iki ay sonra Afrika Millətlər Kubokunun qalibi elan edildi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə Mərakeş yığma komandası Afrika Millətlər Kubokunun qalibi elan edilib.

Oxu.Az bu barədə Afrika Futbol Konfederasiyasının saytına istinadən xəbər verir.

Qeyd olunub ki, Millətlər Kubokunun nəticələrinə finaldan iki ay sonra yenidən baxılıb. Afrika Futbol Konfederasiyası Mərakeşin apellyasiya şikayətini təmin etdiyini və Seneqal millisinə 98-ci dəqiqədə Braim Diasa qarşı qayda pozuntusuna görə təyin edilmiş penaltidən sonra meydanı tərk etdikləri üçün 0:3 hesablı texniki məğlubiyyət verildiyini elan edib.

Həmin vaxt oyun yalnız 13 dəqiqə fasilədən sonra bərpa olunmuş və seneqallıların qələbəsi ilə (1:0) başa çatmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
132
oxu.az

1Источники