RU

Trampdan NATO ilə bağlı sərt açıqlama

ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı növbəti sərt və mübahisəli açıqlamalarla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, dövlət başçısı Şimali Atlantika Alyansının Vaşinqton üçün real fayda vermədiyini bildirib.

Trampın sözlərinə görə, ABŞ olmasaydı, Avropa ölkələri Rusiya qarşısında ciddi çətinliklərlə üzləşər və təhlükəsizliklərini təmin edə bilməzdilər. O qeyd edib ki, Vaşinqton illərlə müttəfiqlərini qoruyub, lakin eyni dəstəyi geri ala bilməyib. 

“Biz onlara Ukraynada yardım etdik, amma onlar bizə yardım etmədi” – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, Avropa ölkələri hərbi baxımdan zəifdir və ABŞ olmadan özlərini müdafiə etmək imkanları məhduddur.

Tramp həmçinin NATO-nun ABŞ üçün strateji baxımdan səmərəsiz olduğunu iddia edərək, bu məsələnin yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.

 

Musavat.com

Избранный
112
50
musavat.com

10Источники