RU

Qonşu ölkədə matəm elan edildi

Gürcüstan hökuməti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə əlaqədar olaraq milli matəm günü elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb.

Bildirilib ki, hökumətin qərarı ilə ölkə daxilində bütün inzibati binalarda dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya çərşənbə axşamı, 17 mart gecəsi vəfat edib. Səhiyyə naziri onun ölümünə böyrək, ağciyər və ürək çatışmazlığı səbəb olduğunu bildirib.

Избранный
128
17
nocomment.az

10Источники