“Handala” haker qrupu Mossadın “maliyyə memarı”nın elektron sistemlərini sındırdığını bəyan edib.
İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
İranın “Handala” haker qrupu Mossadın fəaliyyəti ilə əlaqəli olduğu iddia edilən elektron sistemlərin sındırıldığını açıqlayıb.
Hakerlərin iddiasına görə, hücumun əsas hədəfi Mossadın keçmiş büdcə direktoru və İsrail Milli Təhlükəsizlik İnstitutunun hazırkı maliyyə direktoru İllan Ştayner olub.
“Handala” bu institutu kəşfiyyat cəmiyyəti ilə sıx bağlı olan analitik struktur kimi xarakterizə edir.
Qrup 50.000-dən çox elektron məktuba və digər məxfi sənədlərə giriş əldə etdiyini bildirir.
Onların versiyasına görə, bu materiallarda İsrail strukturlarının daxili fəaliyyəti, o cümlədən regiondakı strateji planlaşdırmanın mümkün aspektləri barədə məlumatlar yer alır.
Həmçinin iddia olunur ki, arxivdə müxtəlif layihələrin, o cümlədən kəşfiyyat fəaliyyəti ilə bağlı proqramların maliyyələşdirilməsinə dair məlumatlar var.
Söhbət xüsusilə operativ proqramlara çəkilən xərclərdən, eləcə də media və tədqiqat təşəbbüslərinə verilən dəstəkdən gedir.
Xuraman Etibarlı
İnterpress.az