RU

Aysel Zahidqızı: “Sarı köynək” fərqli illüstrasiyalarla zənginləşdirilib

Bakı, 17 mart, AZƏRTAC

Kitabda Aşıq Ələsgərin şeirləri, dastan və rəvayətləri, xatirələri, deyişmələri və onun yaradıcılığına aid bir çox digər nümunə yer alıb.

Bunu AZƏRTAC-a açıqlamasında “Sarı köynək” kitabını nəşrə hazırlayan, dizaynı müasir standartlara uyğunlaşdıran, Dədə Ələsgərin kötücəsi Aysel Zahidqızı deyib.

O vurğulayıb ki, yeni nəşrə “Sarı köynək” adının verilməsi təsadüfi deyil. “Bu, Aşıq Ələsgərin ən tanınmış və sevilən şeirlərindən biri olmaqla yanaşı, həm də uşaqlar üçün asanlıqla yadda qalacaq addır. Müasir tərzdə tərtib olunan kitab fərqli illüstrasiyalarla zənginləşdirilib”, - deyə A.Zahidqızı əlavə edib.

Müxbir - Fidan Əlizadə

Fotoqraf - Azər İbrahimov

Избранный
76
1
azertag.az

2Источники