ain.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycanda dəfn və mərasim ənənələri həm dini, həm də mədəni aspektlərə əsaslanır. İslamda ölümlə bağlı qaydalar, dəfn mərasimi və sonrakı mərasimlərin necə keçirilməsi barədə dəqiq göstərişlər mövcuddur. Lakin son illərdə cəmiyyətdə dəfn xərclərinin artması və bəzi mərasimlərin bahalaşması insanların bu məsələyə yanaşmasını da dəyişdirib.Bu barədə ilahiyyatçı, hacı Mircəfər Əyyubov Demokrat.az-a açıqlama verib. O bildirib ki, Azərbaycanda dəfn mərasimləri ilə bağlı İslam fiqhi çox detallı göstərişlər verir:“Mərasimin necə keçirilməli olduğunu açıq şəkildə müəyyən edir. Dinimizin tövsiyəsi heç vaxt absurd məhdudiyyətlər qoymur. Məsələn, kimsə yas yerində yemək yesə bu onun dini baxımından günah sayılmır. Dinin əsas prinsipi odur ki, mərasimlərdə israfçılıq edilməsin və mərhumun hüquqları qorunsun. Bu səbəbdən də dini məzmunu olmayan qadağalar və məhdudiyyətlər var. Məsələn, yas evində yemək verməmək və ya toyda çox xərcləməyi günah saymaq dinin adına yazılmamalıdır. Dəfn mərasimi İslam fiqhinə görə üç əsas hissəyə bölünür: vacib əməllər, müstəhəb əməllər və tövsiyə olunan əməllər. Vacib əməllər bunlardır ki, meyitə üç dəfə qüsl verilsin. Əvvəlcə adi su ilə, sonra sidr ağacı məhlulu və kafur ilə səcdə nöqtələrinə tətbiq olunur. Bu nöqtələr aln, əllərin içi, dizlər və ayaq barmaqlarıdır. Bu əməli “hənun” adlandırırlar. Meyitin kəfənə bükülməsi, meyit namazının qılınması və meyitin sağ çiyni üstə üzü qibləyə tərəf dəfn edilməsi vacibdir. Müstəhəb əməllərə isə başı üstə Quran oxumaq, meyiti qibləyə çevirmək, çənəsini bağlamaq, göz qapağını örtmək, qəbrin üstünə su səpmək, təlqin oxumaq və mərhum üçün məclis təşkil etmək daxildir. Bu əməliyyatlar dini baxımdan vacib olmasa da, mərasimin xeyirxah və səmimi şəkildə keçməsinə kömək edir. Tövsiyə olunan əməllərdən biri də mərhumun dünyadan köçməsindən dərhal sonra insanları dini biliklərlə maarifləndirmək, ruhanilərin iştirakını təmin etmək və cəmiyyətdə faydalı xatirələr yaratmaqdır”.O deyib ki, dinimizdə mərhumun evində yemək yeyilməsi tövsiyə olunmur, lakin günah deyil:“Əksinə, mərasim zallarında sadə yeməklərin verilməsi və qonaqlar üçün ehtiyac qədər təminat göstərilməsi kifayətdir. Toy və yas mərasimlərində israfçılıq etmək haramdır, xüsusilə böyük məbləğdə pul xərcləmək lazım olmayan hallarda. Məqsəd mərasimi dini qaydalara uyğun, eyni zamanda sadə və səmimi keçirməkdir. Dəfn mərasimi zamanı əsas diqqət vacib əməllərə yönəlməli, müstəhəb və tövsiyə olunan əməliyyatlar isə mərasimi daha mənalı və səmərəli etmək üçün əlavə edilə bilər. İslam dini mərasimləri sadə, ehtiyacları qarşılayan və mərhumun haqqını qoruyan şəkildə keçirməyi tövsiyə edir, mövhumat və əlavə qadağalarla əlaqələndirməyi isə rədd edir. Beləliklə, mərasimin məqsədi mərhumun haqqını qorumaq, ailəsini dəstəkləmək və dini təlimlərə uyğun hərəkət etməkdir. Digər məqamlar isə mərasimin səmərəli və əxlaqi çərçivədə keçməsi üçün tövsiyə olunur”.Qeyd edək ki, Bakıda adi bir dəfn mərasiminin xərcləri xidmət növünə və mərasim səviyyəsinə görə dəyişir. Meyitin yuyulması və kəfənlənməsi təxminən 50-150 manat, qəbir yeri 400-4 000 manat, başdaşı 600-3 000 manat, mərasim zalı və çadır kirayəsi 300-1 500 manat, ehsan (yemək) xərcləri isə adam başına 12 manat və yuxarıdır. Bu xərcləri topladıqda ümumi dəfn xərci 1 500-7 000 manat civarında olur. Dövlət sosial dəstək olaraq bəzi hallarda 600 manat müavinət ayırır. Nəticədə, Bakıda dəfn mərasimi ailə büdcəsi üçün ciddi maliyyə yükü yarada bilər.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.