RU

Məşhur aktrisadan şok etiraf: "Anamla ərim eşq yaşayırdı"

Tayvanlı aktrisa Jiang Ping illər əvvəl yaşadığı dramı yenidən gündəmə gətirib.

Musavat.com xəbər verir ki, o, qatıldığı “News Digging” verilişində keçmiş həyat yoldaşının öz anası ilə münasibətdə olduğunu öyrəndiyini açıqlayıb.

Aktrisanın sözlərinə görə, 21 yaşında özündən 12 yaş böyük bir ssenaristlə evlənib. Lakin bir neçə ildən sonra evlilikdə problemlər yaranıb. Həyat yoldaşının ona qarşı marağını itirdiyini və şifahi təhqirlərə yol verdiyini bildirib. Bu vəziyyət xəyanət şübhələrinə səbəb olub.

Jiang Ping qeyd edib ki, həyat yoldaşının “Hər ikinizi idarə edə bilərəm” sözləri onun üçün dönüş nöqtəsi olub. Daha sonra həmin münasibətin öz anası ilə olduğunu öyrəndiyini deyib. İddialara görə, bu münasibət Jiang evdə olduğu zamanlarda belə davam edib.

Hadisədən sonra aktrisa anası ilə üzləşməyə çalışsa da, uğursuz olub və münasibətləri tamamilə kəsilib. O, anasını sonuncu dəfə nənəsinin dəfnində gördüyünü, lakin aralarında heç bir ünsiyyət olmadığını bildirib. 

Aktrisa həmçinin keçmiş həyat yoldaşının baş verənlərə görə peşmanlıq hiss etmədiyini vurğulayıb. 

Könül
Musavat.com

Избранный
69
musavat.com

1Источники