RU

İnternetdə ədəbsizliyə və təhqirə görə cəza tətbiq olunacaq

Özbəkistan qanunvericiləri internetdə xuliqanlıq, ədəbsiz dil, cinayətin reklamı və hərbi əməliyyatlarda iştirakın təbliği üçün cəzalar tətbiq edən düzəlişləri təsdiqləyiblər.

Musavat.com Gazeta.uz saytına istinadla xəbər verir ki, dəyişikliklər telekommunikasiya şəbəkələrində ədəbsiz dildən istifadə, vətəndaşlara qarşı təhqiramiz davranış, ictimai qaydanı pozan hərəkətlər və hərbi əməliyyatlarda iştirakı təşviq edən materialların yayılması üçün cəzalar müəyyən edir.

Onlayn xuliqanlığa, xüsusən də təhqir və alçaldıcı hərəkətlərə görə 5 milyon suma qədər cərimə və ya 10 günə qədər inzibati həbs təklif edilib.

Sənəd həmçinin mediada və internetdə şəxsin törətdiyi cinayəti təbliğ edən materialların yayılmasına görə məsuliyyət müəyyən edir. Bunun cinayətlərin populyarlaşmasının və təqlidinin qarşısını alacağı gözlənilir.

Millət vəkili Səidullo Əzimovun bildirdiyinə görə, sənəd təklif və iradlar nəzərə alınmaqla ikinci oxunuş üçün yenidən işlənib.

Xüsusilə, əvvəlcə təklif olunan onlayn cinayətlər haqqında ayrıca maddə xırda xuliqanlıq haqqında maddəyə daxil edilib.

Qanun layihəsində həmçinin xaricdə hərbi əməliyyatlarda iştirakı təşviq edən materialların yayılmasına görə cəzalar da nəzərdə tutulub.

Musavat.com

Избранный
76
musavat.com

1Источники