RU

Rüstəm Xəlilov daha bir kənddə səyyar qəbul keçirdi FOTOLAR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına uyğun olaraq səyyar qəbullar həyata keçirilir. Səyyar qəbullar əhalini narahat edən problemlərin yerlərdə birbaşa öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. Demokrat.az xəbər verir kiu, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Çuxanlı kəndinin sakinləri ilə növbəti səyyar görüşünü keçirib.  Qəbulda Rüstəm Xəlilov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Səyyar qəbul zamanı rayon rəhbəri vətəndaşları fərdi qaydada qəbul edərək onların müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərə diqqətlə yanaşıb. Araşdırma tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Rayon rəhbəri Rüstəm Xəlilov qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa müddətdə həll olunmasının vacibliyini xüsusi qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
demokrat.az

2Источники