RU

Avtobuslar niyə qaydaları pozur? AÇIQLAMA KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxt yollarında avtobus zolaqları həm tıxacların azaldılması, həm də ictimai nəqliyyatın sürətinin təmin olunması məqsədilə ayrılıb. Lakin bəzi hallarda ictimai nəqliyyat vasitələrinin bu zolaqlardan tam istifadə etməməsi, digər sürücülərin narazılığına səbəb olur. Problemin əsas səbəbləri arasında sürücülərin zolaqdan düzgün istifadə etməməsi, nəqliyyat vasitələrinin vaxt cədvəllərinə riayət etməməsi və yol infrastrukturunun bəzi yerlərdə uyğunsuzluğu göstərilir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, avtobus zolaqlarında hərəkətin təşkili ölkəmizdə, xüsusən paytaxt ərazisində çox aktual mövzudur və daim müzakirələrə səbəb olur.

“Burada əsas məsələ ondan ibarətdir ki, avtobus sürücüləri zolaqdan kənara çıxdıqda 40 manat cərimə nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin isə avtobus zolağına daxil olması 100 manat cərimə ilə qiymətləndirilir, yəni iki bal civarında hesablanır. Bu, öz-özlüyündə ictimai nəqliyyata verilən əhəmiyyətli üstünlükdür. Lakin son zamanlar bəzi hallarda avtobus zolaqları ilə digər yolların kəsişməsi sürücülər üçün narahatlığa səbəb olur. Nəticədə bu, ictimai nəqliyyatın ümumi ab-havasına və cəmiyyətin ona münasibətinə mənfi təsir göstərir. Avtobus zolaqlarının effektivliyi azalır və bu, cəmiyyət tərəfindən müsbət qarşılanmır”.

Ekspert bildirib ki, buna görə, yeni yol layihələndirildikdə, avtobus zolaqları ilə digər nəqliyyat vasitələrinin kəsişmə nöqtələri mümkün qədər uzaqlaşdırılmalıdır. 

“Yəni, kəsişmələr və yol düyün nöqtələri bir-birindən ayrılmalı, beləliklə, bir-birinə maneə yaratmaları önlənməlidir. “Bəs bunu necə həll etmək olar?” sualına cavab sadədir: yolayrıcılarda, keçid nöqtələrində və digər ərazilərdə avtobus zolaqları ilə digər nəqliyyat vasitələrinin hərəkət zolaqları maksimum şəkildə ayrı-ayrı təşkil edilməlidir. Bu tədbirlər görüləndə avtobus zolaqları sistemi öz məqsədinə uyğun işləyəcək və ictimai nəqliyyat daha səmərəli və rahat olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
71
1
konkret.az

2Источники