RU

“Rubl ucuzlaşmalıdır” Tanınmış Rusiya milyarderi hökumətdən nə tələb edir?

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tanınmış rusiyalı oliqarx Oleq Deripaska, Yaxın Şərqdəki münaqişə səbəbindən iqtisadiyyatı mümkün qlobal böhrana hazırlamaq üçün rublun zəifləməsini və əsas faiz dərəcəsinin kəskin şəkildə azaldılmasını tələb edir. 

”AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Deripaska neft, qaz və gübrələrin qiymətlərinin artmasına baxmayaraq, "Yaxın Şərqdəki bu qəfil münaqişənin Rusiyaya yaxşı bir şey gətirməyəcəyini" vurğulayıb.

O, qlobal iqtisadiyyatın bahalı enerji resursları səbəbindən ciddi və uzun müddət yavaşlayacağını bildirib ki, bu da qaçılmaz olaraq Rusiyaya təsir edəcək.

Deripaska hesab edir ki, vəziyyət ötən il rublun dollara qarşı 80 rubldan aşağı səviyyədə möhkəmlənməsi ilə daha da ağırlaşıb və bu da "Rusiya iqtisadiyyatının əsas sektorlarını xarici bazarlarda rəqabətdən məhrum edib": "Çox gec olmamış, Mərkəzi Bank rəqəmlərlə oynamaqdansa, tədricən, dörd-altı ay ərzində əsas faiz dərəcəsini 6%-ə və rublu dollara qarşı 105-dən aşağı olmayan səviyyəyə endirməlidir. O zaman biz bu böhranı böyük itkilər olmadan keçəcəyik".

Qeyd edək ki, Rusiyanın əksər böyük bankları 2026-cı ildə rublun məzənnəsinin bir dollar üçün 100 rubldan aşağı düşəcəyini gözləmir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
87
azpolitika.info

1Источники