RU

Ağzına gələni yazırlar, məsuliyyəti DƏRK etmirlər: Hər an TƏXRİBATLARA HAZIR OLMALIYIQ!

“Biz hər gün Rusiya-Ukrayna müharibəsində, o cümlədən İranda baş verən döyüş səhnələrini videolardan görürük. O dronun səsi bizim qulağımızda yalnız faciə, atəş, nə bilim fəlakət mənzərəsi yaratdığına görə, Bakı səmasında biz dron səslərini eşitməmişdik"

Musavat.com xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində polkovnik Üzeyir Cəfərov deyib.

O, qeyd edib ki, əslinə qalsa, mən dünən də qeyd elədim, jurnalistlərin çoxsaylı müraciətləri var idi mənə və digər yoldaşlara: "Mən dedim ki, Azərbaycan insanı başa düşməlidir: müharibə harada gedir, dronlar harada uçur? Yəni müharibə bizim cənub, yəni istiqamətindən götürəndə Lənkəran, Astara, Lerik o istiqamətdə, bir də Naxçıvan istiqamətində – mən İrana yaxın Biləsuvarı da nəzərdə tuturam. Amma bu dronlar Bakı ətrafında, yəni Xəzər dənizinə yaxın ərazilərdə... İndi hər şeyi, bilirsiniz, bizim insanlar sosial şəbəkə var deyə, bəzən bu sosial şəbəkə faktorundan da sui-istifadə eləyirlər. Yəni sosial şəbəkə məsuliyyətsizlik demək deyil. Sosial şəbəkə insanlar dərhal, yəni reaksiya verirlər, insanlar narahatçılıq keçirirlər. Ona görə də hər kəs öz məsuliyyətini dərk eləməlidir və ümumiyyətlə maarifləndirmə işi elə bir səviyyədə olmalıdır ki, insanlarımız başa düşməlidirlər ki, hər şey mümkündür".

Ətraflı videoda:

Избранный
39
musavat.com

1Источники