RU

Azərbaycanda nəqliyyat xidmətlərinin dövriyyəsi 5,3 milyard dolları ötdü

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ildə Azərbaycanın nəqliyyat xidmətləri dövriyyəsinin dəyəri 5 milyard 383 milyon ABŞ dolları təşkil edib.

Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,8 % çoxdur.

Ötən il nəqliyyat xidmətləri üzrə ixracın dəyəri 3 milyard 654,46 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 15,4 % çox) olmaqla 1 milyard 728,506 milyon dollarlıq (7,8 % az) idxalı üstələyib, nəticədə nəqliyyat xidmətləri üzrə 1 milyard 925,954 milyon ABŞ dolları (49,1 % çox) profisit yaranıb.

Ümumi dəyəri 5,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 67,9 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
avtosfer.az

2Источники