RU

"Yuventus" Kostiçlə bağlı qərarını qətiləşdirdi - SON DURUM

Serbiyalı vinger Filip Kostiç mövsümün sonunda "Yuventus"dan ayrılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin məlumatına görə, İtaliya klubunun rəhbərliyi 33 yaşlı veteranla müqaviləni uzatmamaq qərarına gəlib. Müqavilə bu il iyunun sonunda başa çatır və bundan sonra serb azad agent olacaq.

Bu mövsüm bütün turnirlərdə 22 oyunda 3 qol vuran və 1 məhsuldar ötürmə edən Kostiç "Yuventus"un start heyətindəki yerini itirib.

Serb futbolçu 2022-ci ilin yayından bəri Turin nəhəngində oynayır. O, ötən mövsümü icarə əsasında Türkiyənin "Fənərbağça" klubunda keçirib . Kostiç karyerası ərzində "Radniçki", "Qroningen", "Ştutqart", "Hamburq" və "Ayntraxt Frankfurt" kimi klublarda da oynayıb.

Избранный
51
1
fanat.az

2Источники