RU

YAP Sumqayıt şəhər təşkilatı ağacəkmə aksiyası keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

"Unikal" xəbər verir ki, ağacəkmə kampaniyasında YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Gündüz Əliyev, şəhid anaları, Vətən müharibəsi qaziləri, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı ərazidə ümumilikdə 250 ədəd dekorativ ağac əkilib. Aksiya şəhər mühitinin daha da abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyıb.

Qeyd edək ki, YAP Sumqayıt şəhər təşkilatı tərəfindən partiya fəalları ilə də görüş keçirilib. Tədbir zamanı cari dövrün əsas vəzifələri və qarşıda duran hədəflər ətrafında geniş müzakirələr aparılıb.

Избранный
24
unikal.az

1Источники