RU

ABŞ platformasında Seyran Səxavətin 80 illiyi qeyd olundu

ABŞ-də fəaliyyət göstərən beynəlxalq onlayn media platforması Maskomania News tanınmış Azərbaycan yazıçısı Seyran Səxavətin 80 illik yubileyi münasibətilə məqalə dərc edib.

“Cebheinfo.az” xəbər verir ki, “Səksən yaşında: Azərbaycan yazıçısı Seyran Səxavət - Azərbaycan ədəbiyyatının əyilməz səsi” başlıqlı yazıda Seyran Səxavətin yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı mövqeyi və ictimai fikrə təsiri haqqında geniş bəhs olunur. 

Məqalədə yazıçının romanları, dramaturgiyası və publisistik fəaliyyəti xüsusi vurğulanaraq onun ədəbiyyatda müstəqil düşüncə və vətəndaş mövqeyi ilə seçilən qələm sahiblərindən biri olduğu qeyd edilir.

Maskomania News platformasında dərc olunan bu yazı Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması baxımından diqqətəlayiq hadisə kimi qiymətləndirilir.

Seyran Səxavət bildirir ki, Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılması hər zaman mühüm əhəmiyyət daşıyır və bu cür təşəbbüslər milli ədəbiyyatımızın beynəlxalq mədəni mühitdə daha geniş təqdim olunmasına töhfə verir.

Məqalənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

www.maskomania.com

Qeyd edək ki, yazıçının bir çox əsərləri ingilis, türk, rus, fars, italyan, ispan, alman və fransız dillərinə tərcümə olunmuş, beləliklə onun sözü Azərbaycan sərhədlərini aşaraq beynəlxalq ədəbi müstəviyə daxil olmuşdur. Məqalədə onun Qarabağ mövzusu ilə bağlı düşüncələri, vətənpərvərliyi və ədəbiyyatda vicdanlı mövqeyi də xüsusi vurğulanır.

Onun əsərləri - “Daş evlər”, “Yəhudi əlifbası”, “Persona non grata”, “Qaçaqaç”, “Qızıl teşt” —sadəcə taleləri təsvir etmir, onlar bütöv bir epoxanı təhlil edir.

Seyran Səxavətin yaradıcılığına verilən yüksək qiymətlər arasında Azərbaycanın tanınmış ziyalıları da var. Xalq şairi Bəxtiyar Vahabzadə onun qələminin gücünü və unikal yumorunu, şair və filoloq Sabir Rüstəmxanlı isə sözün estetik hakimiyyətində vicdanın rolunu qeyd etmişdir.

Yazıçı Seyran Səxavət (tam adı: Seyran Əsgər oğlu Xanlarov) 23 mart 1946-cı ildə Azərbaycanın Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Türkiyənin İLESAM – Elmi və Ədəbi Əsər Sahibləri Birliyinin də üzvüdür və bir çox mükafatlara layiq görülüb.

Избранный
70
1
cebheinfo.az

2Источники