RU

Laricaninin başına 10 milyon qoyulmuşdu, biz bunu pulsuz etdik - XİN rəhbəri

Yazını böyüt
Yazını kiçilt

"Əli Laricaninin başına 10 ilyon dollarlıq mükafat qoyulmuşdu, biz bunu pulsuz etdik".

Hafta.az xəbər verir ki, bununla bağlı İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə estoniyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

İran və Livana yönəlmiş hücumlarla bağlı danışan israilli XİN rəhbəri aşağıdakı ifadələri səsləndirib:

“Laricanini, Bəsic rəhbəri və onun müavinini zərərsizləşdirdik və iranlılar onlarsız daha təhlükəsiz olacaqlar. Əli Laricaninin başına 10 milyon dollarlıq mükafat qoyulmuşdu; biz bunu pulsuz etdik”, - deyə o bildirib.

Saarın sözlərinə görə, İranda rejim zəiflədilməlidir ki, xalq da onu devirə bilsin.

İsrailli ali diplomat bildirib ki, hər il yenidən müharibəyə qayıtmamaq üçün İrandan qaynaqlanan mövcudluq təhlükəsini aradan qaldırmaq zəruridir.

“İran rejimi əhəmiyyətli dərəcədə zəifləyib və bugünkü İran 3 həftə əvvəlki ilə eyni deyil”,-deyə o bildirib.

Избранный
65
2
hafta.az

3Источники