RU

Laricani bu sözlərinə görə hədəfə alınıb? Son dəfə mitinqdə görüntülənib

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin İranın yüksək vəzifəli rəsmisi Əli Laricaninin öldürüldüyü ilə bağlı iddiası regionda geniş rezonans doğurub.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsril Katz İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin öldürüldüyünü iddia edib. Lakin İran tərəfi bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib.Bir qədər əvvəl isə Əli Laricani “X” sosial şəbəkəsindəki hesabından ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərlə bağlı başsağlığı mətni yayımlayıb.

Maraqlıdır ki, Laricani son olaraq cümə günü Qüds Günü mitinqi zamanı Tehranda keçirilən yürüşdə görüntülənib. O, mitinq zamanı İsrailin hücumlarını sərt tənqid edərək bildirmişdi ki, “bu hücumlar qorxu və çarəsizlikdən qaynaqlanır. Güclü olan tərəf nümayişləri bombalamaz, bu, açıq şəkildə uğursuzluğun göstəricisidir”.

Laricani həmçinin ABŞ lideri Donald Trampa da münasibət bildirərək, İran xalqının təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Əli Laricani son dövrlərdə İranda önə çıxan əsas fiqurlardan biri hesab olunur. Xüsusilə Əli Xameneinin ölümündən sonra onun İranda nufuzunun artdığı bildirilirdi.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
103
50
azpolitika.info

10Источники