RU

"Şahdağ Qusar"ın baş məşqçisi lideri səfərdə yenəcəklərinə ümid edir - AÇIQLAMA

Sabah Azərbaycanın futbol üzrə 1-ci Liqasında 3-cü dövrə start götürəcək. Lider "Şəfa" 19-cu tur çərçivəsində "Şahdağ Qusar"ı qəbul edəcək. Qusar təmsilçisinin baş məşqçisi Elnur Abdullayev ilə əlaqə saxlayıb 2 tur öncə 1:2 hesabı ilə uduzduqları prinsipial rəqibə qarşı budəfəki mübarizədən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bizi liderə qarşı ağır oyun gözləyir. İki həftə öncə "Şəfa"ya uduzsaq da, futbolçularımın mübarizə zəmindən razı qaldım. Oyuna məsuliyyətlə hazırlaşırıq. Məqsədimiz qələbədir. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. hamımız hansı rəqiblə üz-üzə gələcəyimizin fərqindəyik. Deyərdim ki, bu liqada zəif komanda yoxdur. Hamı bir-birindən xal ala bilər. Çempionatın gedişatı belə deməyə əsas verir. Ümid edirəm ki, "Şəfa" ilə matçda sevinən tərəf biz olarıq. Oyuna hazırıq".

Xatırladaq ki, "Şəfa" 42 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıbsa, 25 xala malik "Şahdağ Qusar" 5-ci yerdədir.

Toğrul

Избранный
80
1
fanat.az

2Источники