RU

Bu şəxslərə bayram pulu verildi - MƏBLƏĞ

Ajans.az xəbər verir ki, müəllimlərə və digər əməkdaşlara müxtəlif məbləğlərdə mükafat verilib. Belə ki, Sumqayıt Dövlət Universitetində bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat mükafat verilib. Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyevin əmri ilə bütün əməkdaşlara 300 manat mükafat ayrılıb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində rektor Ceyran Mahmudovanın müvafiq əmrinə əsasən əməkdaşlara 200 manat mükafat verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində isə rektor Gülçöhrə Məmmədovanın əmrinə əsasən bütün əməkdaşlara əməkhaqqının 40 faizi həcmində mükafat ödəniləcək. Lənkəran Dövlət Universitetində rektor Natiq İbrahimovun qərarına uyğun olaraq müəllimlərə 315 manat, inzibati heyətə isə 190 manat mükafat veriləcək. Naxçıvan Dövlət Universitetində bütün əməkdaşlara bayram münasibətilə 500 manat mükafat təqdim olunub. Azərbaycan Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovun əmri ilə əməkdaşlara 450 manat mükafat verilib.

Mingəçevir Dövlət Universitetində isə rektor Anar Eminovun əmrinə əsasən bütün əməkdaşlara 500 manat məbləğində mükafat ayrılıb./metbuat.az

Избранный
52
1
Ajans.az

2Источники