RU

İsrail Ordusu Əli Laricaninin öldürülməsinin detallarını açıqladı

İsrail Ordusu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi barədə daha bir paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, paylaşımda Ə.Laricaninin öldürülməsinin detalları açıqlanıb.

Bildirilib ki, martın 17-də İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini dəqiq zərbə ilə öldürüb:

“Laricani faktiki olaraq İran rejiminin rəhbəri kimi fəaliyyət göstərirdi. O, illər ərzində İran rejimi rəhbərliyinin ən təcrübəli fiqurlarından biri hesab olunub və Ali Rəhbər Əli Xamenei ilə yaxın əməkdaşlıq edib. Xameneinin ölümündən sonra o, rejimin faktiki rəhbəri olaraq İsrail və region ölkələrinə qarşı döyüş əməliyyatlarını idarə edib.

Eyni zamanda, Laricani rejimin milli təhlükəsizlik koordinasiyasına rəhbərlik edib. İran rejiminə qarşı son etiraz dalğası zamanı Laricanı zorakı tədbirləri irəli sürüb və etirazçılara qarşı qırğınlara birbaşa nəzarət edib”.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
42
40
yenisabah.az

10Источники