RU

Qlobal xarakter daşıyan məsələlərdə fikir ayrılığını aradan qaldıraraq vahid mövqedən çıxış etmək olar - ŞƏRH

Bakı, 17 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” devizi altında keçirildi ki, məncə bu təsadüfi xarakter daşımırdı. Bu gün dünyada yaranmış münaqişəli vəziyyətlər və müharibələr fikir ayrılığından irəli gəlir. Hər bir liderin öz fikir, hər bir dövlətin öz maraqları var və bu baxımdan fikir ayrılıqlarını aradan qaldırmaq çətin məslədir. Lakin qlobal xarakter daşıyan məsələlər var ki, burada fikir ayrılığını aradan qaldırmaq və vahid mövqedən çıxış edib problemi həll etmək olar.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də bu platformanı quraraq qlobal xarakterli məsələlərin həllinə dair vahid fikir formalaşmasına nail olmağa çalışır.

“İqlim dəyişmələri, urbanizasiya, su qıtlığı, süni intellekt, texnoloji inkişaf, müharibələr və s. məsələlər bütün dünyanı düşündür. Bunların müzakirəsi müxtəlif xalqların və dövlətlərin inkişaf perspektivinə fayda verə bilər. Forumda Asiyadan, Avropadan, Amerikadan və Afrikadan gələn nüfuzlu şəxslər iştirak ediblər. Təbii ki, bu və ya digər məsələyə münasibət və fikir də müxtəlif olacaq. Qlobal Bakı Forumundan da bu fikirlərin cəmindən vahid mövqe formalaşdırmaq üçün çox səmərəli istifadə olundu. Forumda aktuallıq kəsb edən məsələlər gündəliyə çıxarılıb. Texnologiyaların inkişafından səmərəli istifadə olunması barəsində müzakirələr xüsusilə diqqəti cəlb edirdi. Yeni texnologiyalar bir tərəfdən insanların həyatını asanlaşdırır, inkişaf etdirir, digər tərəfdən isə müharibələrdə istifadə olunaraq insanların ölümünə səbəb olur. Burada insan faktoru nəzərə alınmalıdır”, - deyə deputat sözlərinə əlavə edib.

Избранный
30
1
azertag.az

2Источники