RU

Rumıniyadan Moldovaya humanitar yardım göndərilib

Bakı, 17 mart, AZƏRTAC

Rumıniyanın Yassı şəhərindən Moldovanın ən böyük şəhərlərindən biri olan Beltsə içməli sudan ibarət humanitar yardım göndərilib.

AZƏRTAC xəbər verir ki, Belts şəhərində içməli su təchizatında yaranmış problemlə əlaqədar yerli hakimiyyət orqanları Rumıniyadan dəstək istəyib. Yassı şəhərinin rəhbərliyi müraciətə operativ reaksiya verərək humanitar yardımın göndərilməsini təşkil edib.

Bildirilir ki, içməli su ilə yüklənmiş sisternlər yaxın vaxtlarda Beltsə çatdırılacaq.

Qeyd edək ki, bu addım Rumıniya ilə Moldova arasında humanitar əməkdaşlığın və fövqəladə vəziyyətlərdə qarşılıqlı dəstəyin növbəti nümunəsi kimi qiymətləndirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Избранный
53
1
azertag.az

2Источники