RU

Telefon oğurladı, satıb pulunu nənəsinə xərclədi

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda oğurladığı telefonu sataraq pulunu nənəsi üçün xərcləyən şəxs həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə Həzi Aslanov metro stansiyasının yaxınlığında, "Megastore" mağazasının arxasındakı məhəllədə baş verib.

1996-cı il təvəllüdlü, ali təhsilli T.Y. məhəllədə gəzərkən oturacaq üzərində "iPhone 13" tapıb. Maddi vəziyyətinin zəifliyi və nənəsinin ağır durumunu nəzərə alaraq telefonu satmağa qərar verib. 

Oradan uzaqlaşdıqdan sonra telefonun sahibi zəng edib. Zəngə cavab verib bir qədər danışdıqdan sonra telefonun şifrəsini soruşub, lakin həmin şəxs deməyib. Daha sonra o, nömrəni qıraraq atıb və telefonu söndürüb. 

T.Y. telefonu Əhmədli metrosu yaxınlığında tanımadığı şəxsə 200 manata satıb və pulu nənəsi üçün xərcləyib.

Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinərək, 23 gün müddətinə inzibati həbs edib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
1
qaynarinfo.az

2Источники