Milli.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata, 2025-ci ildə nikah öncəsi müayinələrin sayı 100761 olub.
Bu müayinələr nəticəsində cütlüklərin yalnız birində aşkarlanan daşıyıcılıq sayı 3635, hər iki tərəfdə daşıyıcılıq aşkarlanan cütlüklərin sayı isə 35 olub.
Bildirilib ki, ötən il prenatal diaqnostika üzrə də statistika qeydə alınıb. 2025-ci il ərzində ümumilikdə 68 prenatal müayinə aparılıb. Bu müayinələr zamanı 21 nəfərdə xəstəlik, 32 nəfərdə daşıyıcılıq aşkarlanıb, 15 nəfərin isə sağlam olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31