Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.
Milli Məclisin bu gün keçirilən iclasında "Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, dəyişikliklərdən sonra mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq.
Qanun layihəsinə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir. Bu tələb pozulduqda yayım Audiovizual Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq, ilk oxunuşda qəbul edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.