RU

Qəzzada ölənlərin sayı 72 mini keçdi

2023-cü ilin oktyabr ayından etibarən İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 72 249 nəfərə çatıb.

Missiya.Az xəbər verir ki, bölgədə atəşkəs elan olunmasına baxmayaraq, İsrail ordusu hücumlarını davam etdirir. Bildirilir ki, son 24 saat ərzində 2 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Məlumatda qeyd olunur ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəsdən sonra da hücumlar səngiməyib. Bu müddət ərzində 673 nəfər həyatını itirib, 1799 nəfər yaralanıb. Eyni zamanda, dağıntılar altından 756 nəfərin cəsədi çıxarılıb.

Ümumilikdə isə 2023-cü ilin oktyabr ayından bu günə qədər İsrailin Qəzza zolağına hücumları nəticəsində 171 898 nəfər yaralanıb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
69
missiya.az

1Источники