Gündəlik istifadə olunan makyaj məhsullarını çantada daşıyarkən onların zədələnməsi və ya axması tez-tez rast gəlinən problemlərdəndir.
Pravda.az bildirir ki, bu kimi halların qarşısını almaq üçün bir sıra sadə üsullar mövcuddur.
Fırçalar necə qorunmalıdır?
Makyaj fırçaları çantada hərəkət etdikcə forması pozula bilər. Onları qorumaq üçün ayrıca kiçik qabda və ya köhnə penalda saxlamaq tövsiyə olunur. Bu, fırçaların həm səliqəli qalmasına, həm də zədələnməməsinə kömək edir.
Toz məhsulların qırılmasının qarşısını necə almaq olar?
Pudra, göz kölgəsi və digər toz məhsullar asanlıqla qırıla bilər. Bunun üçün qabın içərisinə pambıq və ya kağız qoyaraq zərbəni azaltmaq mümkündür. Alternativ olaraq məhsulu streçlə sarımaq da onu qoruyur.
Maye məhsulların daşınması
Şampun, losyon və digər maye vasitələri kiçik plastik qablaşdırmalara tökmək daha təhlükəsizdir. Onları əlavə olaraq kilidli paketə yerləşdirmək, sızma halında digər əşyaların zədələnməsinin qarşısını alır.
Qapaqdan axmanın qarşısını almaq üçün
Maye məhsulun ağzına streç örtük qoyub sonra qapağını bağlamaq axma riskini minimuma endirir.
Şüşə qablar necə qorunmalıdır?
Parfüm və şüşə qablaşdırmada olan məhsullar daşınarkən mütləq qoruyucu materiala bükülməlidir. Baloncuklu paketlər və ya qalın corablar bu iş üçün ideal seçimdir.
Əminə Bayramova