RU

Azərbaycan çempionatında XXV turun açılış matçının hakimləri bəlli oldu

Misli Premyer Liqasında XXV turun açılış matçı olan “Şamaxı" - "Araz-Naxçıvan" oyununun hakim təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqasından "Unikal"a bildirilib ki, görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək.

VAR-da Fərid Hacıyev, AVAR-da Rəhman İmami olacaq.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 15:00-da start götürəcək.

Избранный
24
2
unikal.az

3Источники