Krım sakini polislərlə atışmadan sonra avtomobilini və evini yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Krım Respublikası və Sevastopol şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
Martın 16-da iki polis əməkdaşı əməliyyat-axtarış tədbirləri həyata keçirmək üçün sözügedən şəxsin evinə gəlib. Bu zaman ev sahibi tüfəngdən onlara bir neçə dəfə atəş açıb.
Atışmadan sonra cinayətkar yandırıcı mayenin köməyi ilə öz avtomobilini yandırıb və evini də yandırmağa cəhd göstərib.
Xuraman Etibarlı
İnterpress.az