RU

Bayram günləri bankdan kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Bu cür müraciət edə bilərsiniz KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Novruz və digər bayram günlərində əhalinin maliyyə ehtiyacları adətən artır. Səyahət, alış-veriş və müxtəlif xərclərlə bağlı əlavə vəsaitə ehtiyac duyan vətəndaşlar bu dövrdə bank və kredit təşkilatlarının fəaliyyət rejimi ilə maraqlanırlar. Xüsusilə, sual yaranır: bayram günlərində kredit götürmək mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bayram günlərində bankların fəaliyyəti məhdud olur:

“Bəzi banklar ola bilər ki, müəyyən vaxtlar işləsinlər. Həmin banklardan kredit götürmək mümkündür. Amma əksər banklar işləməyəcək, kredit götürmək də mümkün olmayacaq”.

Ekspertin sözlərinə görə, ənənəvi bank filiallarının bağlı olduğu günlərdə vətəndaşlar alternativ olaraq onlayn kredit xidmətlərindən yararlana bilərlər.

“Belə ki, bəzi banklar və maliyyə təşkilatları rəqəmsal platformalar üzərindən 24/7 kredit müraciəti və təsdiqi imkanı təqdim edir. Lakin bu xidmətlər də hər bankda mövcud olmaya və ya məbləğ baxımından məhdudiyyətlər tətbiq oluna bilər”.

Qeyd edək ki, bayram günlərində kredit götürmək istəyən vətəndaşlara əvvəlcədən planlama aparmaq, bankların iş qrafiki ilə tanış olmaq və mümkün hallarda müraciətlərini öncədən etmək tövsiyə olunur.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
35
konkret.az

10Источники