RU

Bölgə klubunda maaşlar kəsildi, hədəf dəyişdi - SON DURUM

1-ci Liqa təmsilçisi "Zaqatala"nın maliyyə durumu ilə bağlı son vəziyyət bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçu və məşqçi heyətinin maaşları ödənilsə də, məvaciblər 10-20 faiz kəsilib. 

Klub rəsmiləri isə komandanın çökməməsi naminə ötən ilin dekabrından bəri əməkhaqqı almayıblar. Bundan başqa, 2026-cı ilin ilin ilk ayına qədər gündə 3 dəfə verilən yemək 2 dəfəyə endirilib və hər oyunçuya ayrılan 15 manat 8 manat olub. Futbolçular artıq səhərlər öz hesablarına qidalanırlar. Komandanın səfər matçlarına bir gün öncədən yollanması əlavə xərc tələb etdiyindən bölgə təmsilçisinin qonaq qismində mübarizə apardığı istənilən qarşılaşmaya oyun günü getməsi məcburiyyətə çevrilib. Təbii, bu da nəticələrə təsirsiz ötüşmür. Pul çatışmazlığı üzündən hədəf də dəyişib. "Zaqatala" artıq liqadakı yerini qorumağa çalışır.

Yeri gəlmişkən, futbolçuların müqavilələrdə nəzərdə tutulan məbləğə sonradan qovuşmaq ehtimalı da var. Belə ki, klub artıq ianə hesabı açıb və həmin hesaba köçürüləcək pullarla maaşlardan kəsilən hissənin sonradan ödənilməsi nəzərədə tutulub. 

Toğrul

Избранный
63
1
fanat.az

2Источники