ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Bir neçə gün əvvəl İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi Ukrayna ərazisinin İran üçün “qanuni hədəf” olduğunu bəyan etmişdi. O, Ukraynanı İsrailə PUA vasitəsilə dəstək verməkdə ittiham edərək bu addımın Kiyevi faktiki olaraq müharibənin tərəfinə çevirdiyini bildirmişdi.
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “i24NEWS”-a müsahibəsində İran rejiminin təhdidlərinə cavab verib.
O qeyd edib ki, 2022-ci ildə İran Rusiyaya “Şahed” PUA-ları satmağa başlayanda Ukrayna Tehranla əlaqə saxlayaraq təcavüzkara silah verməməsini xahiş edib: "Həmin vaxt İran rejimi Rusiyaya “Şahed” dronlarının ilk partiyasını - min ədədini vermişdi. Biz kəşfiyyat səviyyəsində iranlılarla əlaqə saxladıq. Onlardan Rusiyaya silah verməmələrini xahiş etdik. Biz onlara dedik ki, onların ötürdüyü “Şahed” dronları mülki vətəndaşlarımızı öldürür. Onlarsa, "Xeyr, xeyr, biz bu işdə müttəfiq deyilik. Biz ruslara yalnız bir partiya “Şahed” dronları satdıq. Bu, 1200 və ya 1300 dron olacaq və bu qədər. Artıq çatdırılma olmayacaq", - dedilər. Amma onlar yalan danışdılar”.
Zelenski xatırladıb ki, İran Rusiyaya minlərlə “Şahed” dronu verməklə yanaşı, həm də onların istehsalına lisenziya verib: "Onlar Rusiyaya bu dronların istehsalı üçün iki fabrik tikməyə kömək ediblər və əvvəlcə onların istifadəsinə nəzarət ediblər, ruslara təlim keçiblər".
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.