RU

Aİ Ermənistana “hibrid sürətli reaksiya qrupu” göndərəcək Seçkilərə müdaxilə riskləri əsas səbəbdir

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Avropa İttifaqı Ermənistanda parlament seçkiləri ərəfəsində mümkün xarici müdaxilələrə qarşı mübarizə aparmaq üçün ölkəyə “hibrid sürətli reaksiya qrupu” göndərməyi planlaşdırır.

“AzPolitika” bildirir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas açıqlama verib.

Onun sözlərinə görə, bu addım Ermənistan hökumətinin müraciəti əsasında atılır. Kallas bildirib ki, Aİ regionda demokratik institutların dayanıqlığını gücləndirməyi vacib hesab edir: “Qonşuluqda demokratik dayanıqlılığın dəstəklənməsi bizim üçün vacib olaraq qalır. Biz Ermənistanı xarici müdaxilə ilə üz-üzə tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilər”.

Daha əvvəl Qərb mediası yazmışdı ki, belə bir plan Brüsseldə müzakirə olunur. Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ rəhbərliyinə məktub göndərərək sürətli reaksiya qrupunun İrəvan şəhərinə göndərilməsini xahiş edib.

Xatırladaq ki, ötən ilin dekabrında Brüssel Ermənistanın seçkilər ərəfəsində “Rusiya dezinformasiyasına qarşı mübarizə aparmasına kömək etmək üçün” təxminən 12 milyon avro maliyyə dəstəyi ayırmağı planlaşdırdığını bildirmişdi. Daha sonra Kallas açıqlamışdı ki, bu dəstək üçün rəsmi müraciət məhz İrəvan tərəfindən edilib.

Aİ-nin Ermənistana belə bir qrup göndərmək niyyəti ölkə daxilində mübahisələrə səbəb olub. Müxalifət bunu ölkənin daxili siyasi proseslərinə müdaxilə kimi qiymətləndirir. Hakimiyyət isə bunun seçki təhlükəsizliyini təmin etmək və xarici təhdidlərə qarşı mübarizə aparmaq üçün dəstək olduğunu bildirir.

Ermənistan Ədliyyə Nazirliyi isə açıqlayıb ki, Aİ-nin sürətli reaksiya qrupu Ermənistana gələcəyi halda əsasən Ermənistan Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq edəcək.

Bundan başqa, son günlər insan hüquqları üzrə yeddi tanınmış ekspertin faktaraşdırıcı missiyası da Ermənistanda seçkilərə mümkün xarici müdaxilə ilə bağlı narahatlıq ifadə edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
113
azpolitika.info

1Источники