RU

Amerikalı general Kiyevdə sərxoş oldu: gizli sənədləri itirdi Detallar

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ukraynaya dəstəyi koordinasiya edən amerikalı general Antonio Aquto Kiyevə səfəri zamanı məxfi sənədlərini itirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun Baş Müfəttiş Ofisinin hesabatında yazılıb.

Sənədə görə, general özü ilə üzərində “gizli” işarəsi olan kartlar gətirib:

“13 may 2024-cü ildə o, Kiyevdəki bir gürcü restoranına baş çəkib və orada çaça da daxil olmaqla spirtli içki qəbul edib.

Həmin gecə, general sərxoş vəziyyətdə yıxılıb, başı divara dəyib. Səhər ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken ilə görüşə gedərkən yenidən yıxılıb.

Səfərindən sonra Aquto gizli xəritələr də daxil olmaqla bütün sənədlərini özü ilə götürərək Kiyevdən qatarla yola düşüb. Daha sonra məlum olub ki, o, onları Polşada qatar vaqonunda unudub. Sənədlər bir gün sonra tapılıb”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
95
globalinfo.az

1Источники